“Kimlər gəldi, kimlər getdi...” – VİDEO – FOTOSESSİYA

22 Yanvar 2013 16:50 (UTC+04:00)
AzNews.az-ın məlumatına görə, müğənni Yaşar Nurinin sağlığında ən sevdiyi "Kimlər gəldi, kimlər getdi..." mahnısını ifa edib və həmin mahnını klipini rejissor Nail Naiboğluna həvalə edib.

Yaşar Nurininin ölümünün 40 gününə həsr olunan klipdə sənətkarın son günlərinə qədər çəkildəyi bədii filimlərdən, teatr tamaşalarından, iştirak etdiyi televiziya verilişlərindən, tədbirlərn olan görüntülərdən istifadə olunub.

Klip təqdimatında Yaşar Nurinin həyat yoldaşı, övladları başda olmaqla, sənət dostları da iştirak edirdilər.

Qeyd edək ki, sözləri Zeynal Xəlil, musiqisi Soltan Hacıbəyova məxsus olan "Kimlər gəldi, kimlər getdi..." mahnısının yaddaqalan ifaçısı xalq artisti Mirzə Babayev olub.

Fuad Mədətov
FOTO: Hüseyn Bağırov
AzNews.az