İran xarici işlər nazirinin müavini Azərbaycana gəlir

22 Yanvar 2013 16:55 (UTC+04:00)




İran xarici işlər nazirinin müavini Həsən Qəşqavi fevralın ikinci yarısında Azərbaycana səfər edəcək. APA-nın İSNA-ya istinadən məlumatına görə, bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin açıqlama verib.

O bildirib ki, H.Qəşqavi konsulluq məsələlərinə dair İranla Azərbaycan arasında keçiriləcək məsləhətləşmələrdə iştirak edəcək: "Görüşün fevralın ikinci yarısında Bakıda keçirilməsi nəzərdə tutulub. Məsləhətləşmələrdə hər iki ölkə vətəndaşları, təhsil alan tələbələr və məhbuslarla bağlı məsələlər müzakirə ediləcək".