Büdcə kəsirinə görə ordunun sayını azaldacaq

22 Yanvar 2013 21:19 (UTC+04:00)


Bu barədə Britaniyanın müdafiə naziri Filip Hammond bəyan edib.

Onun sözlərinə görə, "Müdafiə nazirliyinin büdcəsindəki kəsir ixtisarları qaçılmaz edir". Rəsmi məlumata görə, bu göstərici hal-hazırda 38 milyard funt sterlinq təşkil edir (61 milyard dollar).

"Quru qoşunlarda da şəxsi heyətin sayı azaldılacaq, buna baxmayaraq bu addım hərbçilərin hərbi ləvazimatla təchizatını və maliyyələşdirilməsini tam təmin etməyə imkan verəcək. Buna indiyədək nail olmaq mümkün olmurdu", deyə Hammond qeyd edib.

"İxtisarlar Əfqanıstandakı hərbi əməliyyatlara təsir etməyəcək", deyə o vurğulayıb.

2010-cu və 2012-ci illərdə qəbul olunmuş proqramlara əsasən Böyük Britaniyanın Müdafiə nazirliyi 102 min əsgər və zabitdən ibarət ordunun sayını 2015-ci ilədək 82 minədək endirmək niyyətindədir.

AzNews.az