Bakı Estrada Teatrı konsertə hazırlaşır

23 Yanvar 2013 09:33 (UTC+04:00)



Bakı Estrada Teatrının bədii rəhbəri və rejissoru, tanınmış meyxanaçı Vüqar Əbdülov AzNews.az-a açıqlamasında bildirib ki, bu layihənin məqsədi cəmiyyətdə və həyatda baş verən hadisələrə səhnə həyatı verməkdir: "Gündəlik həyatda və cəmiyyətdə qəribə hadisələr baş verir. Biz ikinci dəfə təqdim edəcəyimiz tamaşada bu hadisələrə səhnə həyatı verəcəyik".

Meyxanaçının sözlərinə görə, teatrlaşdırılmış konsert tamaşaçılar tərəfindən müsbət qarşılanır.

Bahar Rüstəmli
AzNews.az