Aydın Mirzəzadə qəza törətdi - 1 nəfər öldü-EKSKLÜZIV- YENİLƏNİB

23 Yanvar 2013 09:53 (UTC+04:00)


Belə ki, qəza törədən 10 TD 199 dövlət nömrə nişanlı, "Honda Accord" markalı maşında sükan arxasında millət vəkilinin sürücüsü olub. Hadisə baş verdikdən sonra millət vəkilinin yanındakı şəxslərin, o cümlədən millət vəkili Elman Məmmədovun səfəri yarımçıq qoyaraq, Bakıya qayıtdığı xəbər verilir.

A.Mirzəzadə isə hadisə yerində qalaraq yol polisi əməkdaşlarını gözləyib.

Hadisəni millət vəkili Elman Məmmədov AzNews.az-ın əməkdaşı ilə söhbətində təsdiqləyib.


***
10:43
Millət vəkili Aydn Mirzəzadə yol qəzası törədib. AzNews.az-a daxil olan məlumata görə, Bakı-Astara yolunun 72-ci km-də (Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində) yolu keçmək istəyən piyada qadını vurub. Bu zaman A.Mirzəzadənin yanında millət vəkili Elman Məmmədov da olub.

Azər
AzNews.az