Bakıda böyük faciə

23 Yanvar 2013 10:03 (UTC+04:00)



Bakının Xətai rayonu ərazisində tikilən avtoparkda faciə olub. Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, Nobel prospekti 15 ünvanında tikilən avtoparkda baş vermiş hadisə zamanı ölənlər və yaralananların olduğu bildirilir.
Hadisə yerinə prokurorluq əməkdaşları çıxıblar.

***

Xətai rayon Polis İdarəsindən Trend-ə bildirilib ki, ilkin məlumata görə, hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Ölənlərlə bağlı məlumat verilmir.

RPİ-dən bildirilib ki, hadisə Nobel prospekti, 15 ünvanında qeydə alınıb.