Vərəqə yayan AXCP üzvü həbs olundu

23 Yanvar 2013 11:37 (UTC+04:00)



P.Dadaşov metronun "Memar Əcəmi" stansiyası yaxınlığında "Azərbaycan saatı" proqramının təbliğatı məqsədilə onun yayımlandığı Medya TV-nin tezlik göstəriciləri yazılmış vərəqə paylayırmış.

Bu zaman ərazidəki polislər onu saxlayaraq Nəsimi Rayon 19-cu polis bölməsinə aparıblar. Dünən Nəsimi Rayon Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə AXCP fəalına 7 sutka həbs cəzası verilib. Hazırda P.Dadaşov Binəqədidəki müvəqqəti saxlama təcridxanasında saxlanılır.

AzNews.az