Hava mülayim keçəcək

23 Yanvar 2013 11:48 (UTC+04:00)


Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Mülayim qərb, şimal-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən "Qafqazinfo"ya verilən məlumata görə, havanın temperaturu gecə 4-9, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında da sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-8, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

Yanvarın 24-25-də ölkə ərazisində hava şəraitinin nisbətən sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturu yanvarın 24-də Abşeron yarımadasında və aran rayonlarında 13-18, dağlıq rayonlarda 6-11 dərəcə isti, yanvarın 25-də Abşeron yarımadasında 10-15, aran rayonlarında 11-16, dağlıq rayonlarda 3-8 dərəcə isti təşkil edəcəyi gözlənilir.

AzNews.az