Nazirlik qəza ilə bağlı açıqlama yaydı

23 Yanvar 2013 12:05 (UTC+04:00)


AzNews.az DİN-nin saytına istinadən xəbər verir ki, nəticədə orada işləyənlər Bakı şəhər sakini Sabir Dadaşov, Gədəbəy rayon sakini Filqət Alıyev, Oğuz rayon sakini Nicat Hacıyev və Biləsuvar rayon sakini Ələsgər Qurbanov xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdirilib, Ə. Qurbanov orada ölüb, digərlərinin vəziyyətləri isə ağırdır.

Xatırladaq ki, bu gün saat 03.50 radələrində Xatai rayonunun Nobel prospektində yeraltı avtodayanacaq tikmək üçün qazıntı işləri aparılarkən, yaxınlıqdakı köhnə divar uçmuşdur.

AzNews.az