Türk təşkilatçı Ruslananın konsertini keçirəcək – EKSKLÜZİV

23 Yanvar 2013 13:58 (UTC+04:00)


AzNews.az-ın məlumatına görə, Azərbaycanda möhtəşəm konsertlər təşkil edən, türkiyəli təşkilatçı Səlahəddin Atalay Ukraynanın xalq artisti Ruslananın solo-konsertini keçirəcək.

Ruslanının solo-konsert proqramı yanvar ayının 26-da Ukraynanın Truskavets şəhərində yerləşən məşhur otellərin birində gerçəkləşəcək.

Qeyd edək ki, Səlahəddin Atalay Bakıda Türkiyənin məşhur müğənniləri ilə yanaşı, "Anadolu atəşi" rəqs qrupunun konsertlərini təşkil edib.

Fuad Mədətov
AzNews.az