Azərbaycanda ən populyar şəxs adları hansılardır?

23 Yanvar 2013 14:57 (UTC+04:00)



"Media forum" saytı Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına istinadla bildirir ki, Azərbaycanda doğulmuş uşaqlara qoyulan ən populyar adların reytinqində dəyişiklik olub. 2013-cü ilin ilk ayında oğlan adları arasında lider Hüseyn adıdır. 2011-ci ildən ən populyar oğlan adı Yusif idi.

Qız adlarına gəlincə, yenə də ən populyar ad Zəhradır. Zəhra adı 2010-cu ildən bəri liderliyini qoruyur.

2013-cü ilin yanvar ayında Azərbaycanda doğulmuş uşaqlara qoyulan ən populyar 10 adın 7-si dini ənənələrə bağlı adlardır:

Oğlan adları

Hüseyn
Məhəmməd
Əli
Yusif
Ömər

Qız adları

Zəhra
Fatimə
Aylin
Leyla
Fidan.