Əvəz Zeynallının vəsatətləri təmin olunub

23 Yanvar 2013 15:50 (UTC+04:00)


Hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə əvvəlki iclas zamanı Ə. Zeynallı tərəfindən verilən vəsatətlər müzakirəyə çıxarılıb.

Ə. Zeynallının "Kanal 13" internet televiziyasının əməkdaşı Aynur İmranovanın, eyni zamanda Gülər Əhmədova ilə aralarında olan söhbətin səs yazısı ilə bağlı keçirilən ekspertiza zamanı rəy verən iki nəfərin prosesdə şahid qismində dindirilməsi ilə bağlı verdiyi vəsatətlər təmin olunub. Digər vəsatətləri isə təmin olunmayıb.

AzNews.az