57 yaşlı avtoritet öldü

23 Yanvar 2013 16:26 (UTC+04:00)


Rusiyada qətlə yetirilən məşhur avtoritet Aslan Usoyan, onun ardınca Abxaziyada öldürülən Astamur Quliyandan sonra kriminal aləmdə daha bir "qanuni oğru"nun öldürülməsi xəbəri yayılıb.

"Qafqazinfo"nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, bu artıq kriminal aləmdə həftə ərzində qeydə alınan üçüncü ölüm faktıdır. Kutaisidən olan və daha çox Mafiya, Merab Kutaisskiy ləqəbi ilə tanınan 57 yaşlı avtoritet Teymuraz Sinataşvili dünən Moskva klinikalarından birində dünyasını dəyişib.

AzNews.az