İlham Əliyev Davudoğlu ilə görüşdü

23 Yanvar 2013 16:32 (UTC+04:00)

Görüşdə Azərbaycan ilə Türkiyə arasında münasibətlərin bütün sahələrdə inkişafından məmnunluq ifadə edilib. Nazir Əhməd Davudoğlu prezidenti Abdullah Gülün, baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını Azərbaycan prezidentinə çatdırıb.

Ölkələrimiz arasında həyata keçirilən bir sıra qlobal layihələrin, o cümlədən Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinin əhəmiyyəti qeyd edilib. Azərbaycan-Türkiyə əməkdaşlığının bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və digər məsələlər müzakirə edilib.

İlham Əliyev onun da salamlarını Türkiyə Prezidenti Abdullah Gülə və baş nazir Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib.