İsmayıllıda yaralananların sayı açıqlandı - Siyahı

24 Yanvar 2013 08:10 (UTC+04:00)
Bu barədə APA-nın hazırda İsmayıllı rayonunda olan əməkdaşına Mərkəzi rayon Xəstəxanasından məlumat verilib.

Məlumata görə, insident zamanı Nəsirov Emin Bəxliyar oğlu (1983),
Kərimov Rauf Bəxtiyar oğlu (1986), Xələfov İmran Vahid oğlu (1989) və
Bağırov Ramil Əlimurad oğlu (1985) müxtəlif dərəcəli xəsarətlər alıblar.

Hadisə zamanı polis leytenantı Əsgərov Səfa Ədalət oğlu (1980) da kəllə-beyin travması alıb.

Həkimlərin bildirdiyinə görə, xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Hazırda onlara tibbi yardım göstərilir.