İsmayıllıdakı hadisələrlə bağlı cinayət işi açıldı

24 Yanvar 2013 08:22 (UTC+04:00)

Ismayıllı rayonunda baş verən qarşıdurma hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Qeyd edək ki, yanvarın 23-dən 24-nə keçən gecə İsmayıllı rayonunda bir qrup insan "Çıraq" otelinin qarşısında aksiya keçiriblər. Aksiya zamanı otel və bir neçə maşın yandırılıb.


AzNews.az