Atəşkəs pozulub
24 Yanvar 2013 08:41 (UTC+04:00)
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.
AzNews.az