Ağdaşda polis zabiti bədbəxt hadisə nəticəsində ölüb

24 Yanvar 2013 09:59 (UTC+04:00)



APA-nın xəbərinə görə, rayon Polis Şöbəsinin polis mayoru, sahə müvəkkili Qarayev Cəlil Hidayət oğlu dünən yaşadığı evin həyətində budama işləri aparam zaman ağacdan yıxılıb. Ağır bədən xəsarətləri alan C. Qarayev Ağdaş Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və onun üzərində cərrahiyyə əməliyyatı aparılıb. 1960-cı il təvəllüdlü polis əməkdaşı bu gün səhər xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Ağdaş rayon Prokurorluğunda araşdırma aparılır.

AzNews.az