Azərbaycanlı müğənni Bülent Ersoyla vidalaşdı

24 Yanvar 2013 10:12 (UTC+04:00)

Bəstəkar-müğənni Arif Səlimov deyəsən, "şeytanın qıçını sındırıb". O, sözləri Zahir Abbasa, musiqisi Arif Səlimova məxsus olan "O mənəm" adlı mahnıya klip ekranlaşdırıb.

Mahnının aranjımanı Elvin Musayevə məxsusdur. Müğənni AzNews.az-a açıqlamasında bildirdi ki, bu klip rejissor Rəhman Əliyev tərəfindən təmənnasız olaraq çəkir: "Mən həmişə türk divası olan Bülent Ersoy repertuarından oxumuşam. Nəhayət ki, öz mahnılarıma da vaxt tapa bildim".

Müğənni "O mənəm" adlı layihəsinə yaxın günlərdə klipgördü keçirəcək.

Bahar Rüstəmli
AzNews.az