Mənsum İbrahimov, Elçin Həşımov və Elnur Əhmədovun birgə layihəsi – FOTO

24 Yanvar 2013 10:25 (UTC+04:00)

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Heydər Əliyev Sarayının birgə təşəbbüsü və təşkilatçılığı ilə fevralın 1-də Gənclər gününə həsr olunan "Gəncləşən Muğam-4" adlı gənc xanəndələrin konserti keçiriləcək.

Bu barədə AzNews.az-a sarayın mətbuat katibi Anar Fərəczadə məlumat verib. O, bildirib ki, bu konsert xalq artisti, tanınmış xanəndə, professor Mənsum İbrahimovla, əməkdar artistlər, tarzən Elçin Həşımov və kaman ifaçısı Elnur Əhmədovun birgə layihəsidir: "Hazırda gənclərin muğam sənətinə olan həvəs və marağını artırmaq məqsədilə keçirilən "Gəncləşən Muğam-4" layihəsinin məşqləri gedir. Bu dəfə ki, "Gəncləşən Muğam-4" layihəsi digərlərindən bir sıra yeniliklərinə görə fərqlənəcək. Konsertdə yalnız Mənsum İbrahimovun deyil, digər ustad xanəndələrimizin tələbələri, müxtəlif yaş qruplarından olan tanınan-tanınmayan istedadlı gənc muğam ifaçıları iştirak edəcək. Gecədə səslənəcək ifaların hamısı duet şəklində olacaq. Bundan əlavə, konsertin sonunda xalq artisti Mənsum İbrahimov, əməkdar artistlər, Elçin Həşımov və Elnur Əhmədovun müşayiəti ilə bir musiqi nömrəsi ifa edəcək".

A.Fərəczadə onu da qeyd edib ki, muğam gecəsində əməkdar artist, xanəndə Təyyar Bayramov olmaqla, muğam ifaçıları-Arzu Əliyeva, Elşad Aydınoğlu, Aytən Məhərrəmova, Elnur Zeynalov, Səbinə Ərəbli, Mirələm Mirələmov, Günay İmamverdiyeva, Niyaməddin Babayev, Qızılgül Babayeva, Türkay Məlikova, Orxan Hüseynli, Elgiz Əliyev, Cabir Həsənov, Fizzə Mirzəyeva, Gülay Zeynalova, Zeynal Əhmədov, Humay Məmmədova, Nəzər Bəylərov, Aksana Aslanova, Xəyalə Abdullayeva, Vüqar Musayev, Rəvanə Ərəbova, Ariz Hüseynov, Kamilə Babayeva, Hüseyn Məlikzadə, Valid Abdullayev, Səadət Cavadova, Səfər İdrisov, Səfa Məmmədov, Nuran Namazov, Tuqay İsmayılov, İntizam Qasımov, Ramiz Bayramov, Məhəbbət Səfərov, Vüsal Cəfərov, Mirpaşa Şükürov və Əli Hacızadə çıxış edəcəklər.

Xanəndələri tarda Rövşən Qurbanov, Nahid Məmmədov, Humay Qədimova, Rəşad İbrahimov, Rüstəm Müslümov, Altay Niftəliyev, Ədalət Behbudov, Səxavət Məmmədov, Maşallah İsgəndərov, Sənan Əliyev, Ruslan Həsənov, Tofiq Məmmədov, Elnur İbrahimov, Adil Əliyev, Mirhüseyn Əsədullayev, Orxan Abdullayev, kamançada isə Ceyhun Muradov, Sevinc Qədimova, Araz Ağaverdiyev, Təbriz Yusubov, Elnur Salahov, Elvin Novruzov, Pərviz Fərhadov, Niyaməddin Allahverdiyev, Qiyas Qurbanlı, Elvin İbalı, Elnur Salahov, Siruz Məmmədli, Hikmət Abdullayev və Cahandar Mikayılov müşayiət edəcəklər.

Fevralın 01-də gerçəkləşəcək proqramın rəhbəri xalq artisti Mənsum İbrahimovdur.

Qeyd edək ki, konsertin biletləri 10-30 manat arasında satışa çıxarılıb.

Fuad Mədətov
AzNews.az