Üsyanda ağır yaralanmış gənc Bakıya gətirildi

24 Yanvar 2013 10:31 (UTC+04:00)
İsmayıllıda baş verən iğtişaşlarda xəsarət alan şəxslərdən biri təcili Bakıya gətirilib.
Bu barədə APA-ya Klinik Tibbi Mərkəzdən məlumat verilib. Məlumata görə, hadisələr zamanı xəsarət almış 1983-cü il təvəllüdlü Emin Nəsirov xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.

AzNews.az