Müğənni ATV-nin korrupsiyaya qarşı mübarizəsindən danışdı

24 Yanvar 2013 10:59 (UTC+04:00)


Bu barədə AzNews.az-a məlumat verən müğənni bildirib ki, iki versiyada hazırlanan "Yaşandı" adlı mahnının musiqisi sevilən və istedadlı bəstəkar Pərviz Mahmuduv, sözləri Aygün İsmayılovaya məxsusdur:

"Mahnının mənə çox uğur gətirəcəyinə inanıram. Çünki Pərviz mahnılarının "kralı"nı mənə verib. Bu mahnıdan səs imkanlarımdan geniş istifadə etmişəm. "Yaşandı"nın lirik versiyasını Rəhman, akustik variantını isə Emin Kərimi aranjeman edib. Artıq klip çəkilişlərinə hazırlaşırıq".

Mahnının nakam məhəbbətdən bəhs etdiyini və gələn həftədən radio dalğalarında səslənəcəyini deyən Mila, kompozisiyanın musiqisi məhəbbəti anlayan hər kəsin qəlbinin sarı simlərinə toxunacağına şübhə etmir.

Müğənni onun yaradıcı yollarında süni maneələr yaradanlardan da danışıb: "İstedadı və zahiri görünüşü səhnə üçün uğurlu insanların paxıllıq çəkənləri də olur. Lakin yolumu kəsmək istəsə də, buna nail ola bilmədilər. Nəticədə rüşvətxor əməllərinə görə rəhbərlik tərəfindən ifşa edilərək işdən azad edildilər. ATV telekanalına təşəkkür edirəm ki, onlar da öz növbəsində korrupsiyaya qarşı mübarizə aparmaqla istedadlı insanları dəstəkləyirlər".

Fuad Mədətov
AzNews.az