Kinematoqrafçılar İttifaqı yeni ofis axtarır

24 Yanvar 2013 11:19 (UTC+04:00)

Ötən gün Bakı şəhər İcra Hakimiyyətinin göstərişi ilə Hökumət Evindən çıxarılan Azərbaycan Kinematoqrafçılar İttifaqı yeni məkan üçün müraciət edəcək. Bu barədə APA-ya ittifaqın təşkilatı katibi Əsəd Əsədov məlumat verib. O bildirib ki, hazırda ittifaq ofissiz qalıb və bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət etməyi düşünürlər: "İttifaqın sədri Rüstəm İbrahimbəyovdur. Hazırda Bakıda olmadığı üçün onu gözləyirik. Yəqin ki, bu müraciət olunacaq".

Qeyd edək ki, yanvarın 23-də Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqı fəaliyyət göstərdiyi Hökumət Evindən çıxarılıb. Qurumun avadanlığını müvəqqəti olaraq anbarda saxlanılır.

AzNews.az