İsmayılladakı bugünkü aksiyadan - VİDEO

24 Yanvar 2013 11:50 (UTC+04:00)



Aksiyaçıların tələblərinə görə, icra başçısı Nizami Ələkbərov istefa verməli, rayondakı özbaşnalıqlara son qoyulmalı və aksiya zamanı saxlananlar səbrəst buraxılmalıdır. Hazırda polislər aksiyaçıları dağıtmağa çalışır. (musavat.com)

Yanvarın 23-də gecə saatlarında üsyan başlanan İsmayıllı rayonunda gərginlik pik həddə çatıb.

Rayona ezam olunan müxbirlərimizin bu dəqiqələrdə verdiyi xəbərə görə, artıq qara maskalılar səhər saatlarından başlayaraq həbslər aparırılar. Artıq ona yaxın rayon sakininin həbs olunduğu bildirilir. Həbs olunanlar rayon polis idarəsinə gətirilib.

Həbslərə etiraz olaraq rayon əhalisinin bir hissəsi polis idarəsinin binası qarşısına toplaşıb. O da vurğulanır ki, rayonda hər an yerli sakinlərlə polis qüvvələri arasında qarşıdurma ola bilər. Toplaşan vətəndaşlar icra başçısının camaatın qarşısına çıxıb üzr istəməsini tələb edirlər. (musavat.com)

Rayonda bu gün keçirilən aksiyanın vieosunu təqdim edirik.



AzNews.az