İcra başçısı üsyançılarla danışıqlara başladı

24 Yanvar 2013 12:06 (UTC+04:00)
"Hazırda İsmayıllı Rayon İcra Hakimiyyətinin qarşısında 40-a yaxın şəxs toplaşıb. Onlar icra hakimiyyətinə nümayəndə göndəriblər və həmin nümayəndənin icra hakimiyyətinə apardığı müzakirələrin nəticəsini gözləyirlər".

Bu barədə məlumatı AzNews.az-ın İsmayıllıda olan əməkdaşı bildirib: "Küçələrdə də 5-10 nəfərin bir yerdə toplaşmasına təsadüf edilir. Amma sakitlikdir. Küçələrdə çox sayda polis var. Məktəblərdə tədris əvvəlki qaydada davam etsə də, çox sayda valideyn övladını məktəbə göndərməyib".

AzNews.az