Füzuli Ələkbərovun bacısı oğlu həbs edildi

24 Yanvar 2013 12:28 (UTC+04:00)



Məlumatda bildirilir ki, bu gün jurnalistlər icra hakimiyyətinin önünə gedərək icra başçısıyla görüş istəyiblər. İcra başçısı görüşdən imtina edib. Bunun əvəzinə jurnalistləri içra hakimiyyətinin şöbə müdirlərindən biri qarşılayıb.

Jurnalistlər rayon sakinlərinə istinadla şöbə müdirinə deyiblər ki, dünən baş vermiş insident zamanı nazir Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərov da orda olub. Bundan başqa, rəsmi məlumatda münaqişənin səbəbkarlarından və saxlanılanlardan biri kimi adı çəkilən Elməddin Məmmədov nazirin bacısı oğludur.

Jurnalistlər şöbə müdirinə bu məsələylə bağlı suallar ünvanlayıblar. İH nümayəndəsi nazirin oğlunun bu hadisələrdə iştirakını inkar edib. Nazirin bacısı oğlu ilə bağlı isə məlumatlı olmadıqlarını deyib.azadlıq.info