Polis Bakıda gücləndirilmiş rejimə keçib

24 Yanvar 2013 12:54 (UTC+04:00)

Əməkdaşımızın müşahidələrinə görə, hazırda paytaxt Bakı küçələrində xüsusi döyüş hazırlığı formasında olan polislər nəzərə çarpır. Bununla yanaşı paytaxt küçələrində çoxlu sayta Post Potrul Xidməti avtomobilləri dolaşır.

Görünür, İsmayıllı rayonunda baş verənlərdən ehtiyyatlanan hakimiyyət hər ehtimala qarşı Bakıda təhlükəsizlik tədbirləri həyata keçirməyi lazım bilib.

Bununla bağlı maraqlı olan digər nüans isə bu fövqəladə hazırlığın müxalifətin İsmayıllı hadisələri ilə bağlı bu gün saat 16-00-a təyin olunan geniş tərkibli toplantısının elan olunmasından sonraya təsadüf etməsidir.

Orxan
AzNews.az