Əli Mirəliyev Rüstəm İbrahimbəyovdan üzr istədi

24 Yanvar 2013 13:22 (UTC+04:00)



Bir necə gün öncə mətbuatda müğənni Əli Mirəliyevin kinorejissor, Ziyalılar Formunun təsisçilərindən olan Rüstəm İbrahimbəyov haqqında tənqidi fikirlərini əks etdirən yazı yer almışdı. Həmin yazıda Əli Mirəliyevin "Oskar" mükafatçısı olan görkəmili kinorejissora xitabən "Adam kişi olar" kimi təhqiramiz ifadələr də yer almışdı.

Avropa.info-ya açıqlamasında isə Əli Mirəliyev yazılanların bir hissəsini təkzib etməklə yanaşı, emosianal adam olduğu üçün bəzən jurnalistlərin ondan istifadə etdiklərini deyib. Rüstəm İbrahimbəyova böyük hörmətinin olduğunu deyən Əli Mirəliyev kimlərinsə məqsədyönlü şəkildə onunla konorejissor arasında narazılıq yaratmaq istədiklərini deyib. "Mənim Azərbaycanın ağsaqqallarına, ziyalılarına böyük hörmətim var. O cümlədən də Rüstəm İbrahimbəyova. Mən keçmişdə də, bu gün də Azərbaycanı sevən, düzgünlüyü istəyən bütün insanlara dəyər vermişəm".

Rüstəm İbrahimbəyova olan ittihamları ilə fəxri ad almaq istəyində olması ilə bağlı şayələrə gəlincə Əli Mirəliyev bunların yalan olduğunu və onun heç bir ada filana ehtiyacı olmadığını bildirib. "Mənə fəxri ad lazım deyil. Mən retro müğənniyəm. Mənə xalqın dəyər verməsi lazımdır. Mən sadəcə jurnalistlərdən xahiş edirəm ki, heç zaman mənim emosianal halımdan istifadə etməsinlər. Yaşlı adamam məndən istifadə etmək yaraşan hərəkət deyil. Məlum açıqlamaya görə, dəyərli ziyalımız Rüstəm müəllimdən üzr istəyirəm. Mən bilirəm ki, prezidentimizin də ziyalılara, o cümlədən də İbrahimbəyova böyük hörməti var".

AzNews.az