DJ-lər arasında da qalmaqal böyüyür – VİDEO

24 Yanvar 2013 14:01 (UTC+04:00)



"Lider" televiziyasında yayımlanan "Tap, dostum!" verilişində iştirak edən Dj Roshka şou-biznes nümayəndələrini və əsasən həmkarları tənqid edib. AzNews.az-a danışan Dj deyib ki, bu günə kimi şou-biznesə qoşulmaq və tanınmaq kimi istəyi olmayıb:

"Amma səhv etdiyimi anladım, çünki heç bir bacarığı olmayıb özünü reklam edib, yaxşı pul qazanan Dj-cikləri görəndə fikirləşdim ki, reklamdan nahaq qaçıram. Məsələn, Dj China sənətindən çox reklama üstünlük verir. Öz yaratdığı musiqiləri yoxdur, toylara daha çox yer ayırır. Ona görə də digər gənc Dj-lərdən musiqisi ilə fərqlənə bilmir. Onu sanballı, bahalı Dj kimi təsəvvür edə bilmirəm. Azərbaycanda çox az yaxşı Dj-lər var".

Dj Roshka özünü öyməyi də unutmadı: "Artıq 10 ildir ki, dj-lik edirəm. Azərbaycanın, eləcə də Ukraynanın ən tanınmış klublarında çıxış eləmişəm. Hətta Ukraynada keçirilən Klub Musiqisi festivalında DJ-lər arasında 2-ci yeri tutmuşam".

İddialı Dj-in əl işi ilə tanış olmaq üçün Dj.Roshanın hazırladığı remiksi sizə təqdim edirik.

Fuad Mədətov
AzNews.az

http://www.youtube.com/watch?v=_Sad-miS-uc