İqbal Ağazadə: “Vəziyyətdən xarici qüvvələr istifadə edəcək”

24 Yanvar 2013 15:41 (UTC+04:00)




"Ölkə prezidenti Azərbaycanda yoxdur. Heç kim də məsuliyyəti üzərinə götürüb nəsə demək istəmir. Bu daha ciddi problem yaradır".

Bunu AzNews.az-a açıqlamasında millət vəkili İqbal Ağazadə bildirdi. Onun fikrincə, hakimiyyət öz yanaşmasından doğan bu cür etirazlara ciddi reaksiya verməlidir:

"İlk növbədə cəmiyyətin uzun müddət idarəçilik və ictimai nəzarətdən kənarlaşmış hissəsi siyasi partiyalar proseslərə cəlb olunmalıdır. Hakimiyyətlə müxalifət arasında dialoq başlamalı, islahatlar paketi birgə hazırlanmalıdır. Cəmiyyətə müsbət mesajlar verilməlidir. 2013-cü ildə gözlənilən seçkilərin demokratik keçirilməsi ilə bağlı bir yerdə razılaşdırılmış plan və konsepsiya əsasında birgə fəaliyyət göstərilməlidir. Cəmiyyət artıq idarəçilikdən yaranan narazılıqları küçələrə daşımasınlar. Əks təqdirdə, yaranmış vəziyyətdən xarici qüvvələr istifadə edəcək və nəticədə vətəndaş qarşıdurmaları baş verəcək. Bunlar çox ciddi insident yaradacaq".

Bahar Rüstəmli
AzNews.az