Zərdabda qarət
24 Yanvar 2013 15:46 (UTC+04:00)
Zərdabda qarət
Zərdabda qarət hadisəsi baş verib. Hadisə yanvarın 21-də saat 08-13 arasında S.Abdullayev küçəsində baş verib.
Zərdab rayonundan verilən məlumata görə, qarətçilər Qalb Məhərrəmovun yaşadığı evin qapılarını sındıraraq qızıl-zinət əşyalarını aparıblar.
Faktla bağlı Zərdab rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Bahar Rüstəmli
AzNews.az