“İsmayıllıya niyə gəlmisən, təxribat törədəcəksən?“

24 Yanvar 2013 16:32 (UTC+04:00)


"Bizə dedilər ki, bura təxribata gəlmisiz". Bunu AzNews.az-a açıqlamasında Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu İsmayıllıda polis tərəfindən saxlanmasından danışarkən deyib.

Başqan müavini deyib ki, 40 dəqiqə polis idarəsində sorğu-sual edilib: "Polis idarəsində Cinayət İstintaq şöbəsinin rəisi Şöhrət Kərimov bizə dedi ki, niyə gəlmisiz? Təxribat edəcəksiz? Mən də dedim ki, bura gəlməkdə məqsədimiz rayondakı vəziyyətlə tanış olmaqdır. Təxminən 40 dəqiqə sorğu-sualdan sonra azad olundum".

T.Yaqublu qeyd edib ki, polis idarəsində ona heç bir təzyiq olunmayıb.

İlkin
AzNews.az