“Best Model-2011”in qalibinin evində oğuqluq – FOTOSESSİYA

24 Yanvar 2013 17:42 (UTC+04:00)



AzNewsa.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Best Model of Turkey-2011" model müsabiqəsinin qalibi Tuğba Melis Türkün evində oğurluq olub.

"Krem" serialında rol alan T.M.Türk dünən gündüz vaxtlarında çəkiliş meydançasında olarkən evinə oğru girib. Oğrular aktrisanın zinət əşyalarını, müsabiqədən qazandığı dəyərli hədiyyələri və qiymətli zənn etdikləri bəzək əşyalarını oğurlayıblar.

T.M.Türk evə qayıdarkən gördüyü mənzərədən şoka düşüb. O, evini alt-üst edən və qarderobunu qarışdıran oğrularla bağlı hüquq mühafizə orqanlarına müraciət edib.

Fuad Mədətov
AzNewsa.az