Dünən 4 rayonda yanğın olub

25 Yanvar 2013 08:36 (UTC+04:00)

Kürdəmir rayonu, Qarabucaq kəndində (rayon mərkəzindən 22 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 6 ha sahədə kol-kos yanmışdır.Yanğından yaxınlıqdakı dəmir yol xətləri mühafizə olunmuşdur. Yanğın saat 17:54-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Ucar rayonu, Müsüslü kəndində (rayon mərkəzindən 32 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 10 ha sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı quşçuluq ferması yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Goranboy rayonu, Hamənli kəndində (rayon mərkəzindən 45 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 70 ha qamışlıq sahəsinin 5 ha yanmışdır. Yanğın saat 20:17-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Samux rayonu, Qarabağlı kəndində (115 saylı YMB-dən 8 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 5 ha qamışlıq, 2 ha otlaq sahə və vətəndaşa məxsus bağ sahəsində 1 ha xurma ağacları yanmışdır. Yaxınlıqdakı otlaq sahələr va xurma bağları yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:54-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.