Şaxta baba ilə Qar qız - Metroda + Foto

26 Dekabr 2016 13:40 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında Bakı Metropoliteni "QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib. Onun sözlərinə görə, Şaxta baba və Qar qız dekabrın 28-də saat 22:00-da 28 may stansiyasına düşəcək:

"Yolkalar da bəzənib, Şaxta babayla Qar qız da yoldadır. Tədbir ayın 29-da da davam edəcək. Artıq 5 stansiyada - Elmlər Akademiyası, Memar Əcəmi, Koroğlu, İçərişəhər və 28 may stansiyalarında böyük yolkalar da qurulub."

Nəsimi Paşayev bayram tədbirinə hər kəsin dəvətli olduğunu deyib.

Bahar RÜSTƏMLİ

AzNews.az