Dünya liderləri Davosda

25 Yanvar 2013 08:39 (UTC+04:00)


Forumda nitqlə çıxış edən Almaniya kansleri Angela Merkel, bu dəfə Avrozonanın tərk etmək niyyətli Devid Kemeronu birbaşa tənqid atəşinə tutmayıb. Əksinə Merkel britaniyalı həmkarının sözünə qüvvət verərək, Avropa iqtisadiyyatının dirçəlişi üçün rəqabətin mərkəzi problem olduğunu vurğulayıb. Kansler onu da qeyd edib ki, Avropada iqtisadi artımı böyük mühərriklərindən biri də azad ticarətin olmasıdır.

Forumda söz alan BMT baş katibi Ban Ki Mun isə fürsətdən istifadə edib, dünya ictimaiyyətinə həyəcan təbili çalıb.Baş katib əsas diqqəti Suriya və Malidəki vəziyyətə yönəldərək, dünyanı bu ölkələrə dəstək olmağa, Suriyada 2 ilə yaxın davam edən müharibəyə son qoymağa çağırıb.

AzNews.az