Külli miqdarda qanunsuz pirotexniki məmulatlar aşkarlandı

26 Dekabr 2016 18:58 (UTC+04:00)

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, daxil olan əməliyyat məlumatı əsasında baş tutan tədbir zamanı Mingəçevir şəhəri ərazisində gömrük qaydaları pozulmaqla gətirilmiş pirotexniki vasitələrin satışı ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşından 2836 ədəd müxtəlif formalı pirotexniki məmulatlar aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az