Falçıya inandı, başına iş açdı - Kuryoz hadisə - Bakıda

26 Dekabr 2016 22:13 (UTC+04:00)

AzNews.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, hadisə Bakıda baş verib. 23 yaşlı Elmin Məmmədov sevdiyi qızla arasındakı münasibətləri yaxşılaşdırmaq üçün dua yazmasını istədiyi falçı işləri düzəltmək əvəzinə daha pis vəziyyətə salıb.

Elmin Məmmədov falçının adını və ünvanını dostlarından alıb. Amma müraciəti əks effekt verib. Onun sözlərinə görə, falçı qardaşlardan biri “dua yazmaq”la, digəri isə “cadu etmək”lə məşğuldur.

Məsələni aydınlaşdırmaq üçün müxbir Binəqədi rayonu Biləcəri qəsəbəsindəki evində xidmət göstərən falçı qardaşların yanına gedib. Amma ev sahibləri heç də yaxşı qarşılamayıblar. Hətta içəri buraxmayıblar.

Qapı arxasında sualları cavablandıran 60 yaşlı falçının sözlərinə görə, bu iş onların ailə peşəsidir. Hətta atası babası belə bu işlə məşğul olub, əvvəllər tək qardaşı ilə özü yox, başqa adamlarla da birlikdə bu işlə məşğul olublar. Amma polisin xəbərdarlığından sonra artıq əməllərindən əl çəkiblər.