Trampdan BMT ilə bağlı şok açıqlama - “Yaxşı vaxt keçirmək üçün klubdur”

27 Dekabr 2016 11:17 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Tramp bu barədə öz “Twitter” səhifəsində yazıb:

“BMT nəhəng potensiala malikdir. Lakin hazırda o insanların toplaşıb danışa və yaxşı vaxt keçirə biləcəyi bir klubdur. Bu, çox kədərlidir.”

Tramp artıq vəzifəyə başladıqdan sonra bu quruma dəyişiklik edəcəyinə eyham vurub. Müşahidəçilər onun bu açıqlamasını BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi antiisrail qətnaməsiylə əlaqələndirirlər.

BMT Təhlükəsizlik Şurası İsraildən Şərqi Qüds də daxil olmaqla, işğal olunmuş Fələstin ərazilərində yaşayış məskənlərinin tikintisini dayandırmağı tələb edən qətnamə qəbul edib. ABŞ səsvermədə bitərəf qalıb.

Aydan Axundova