İsrail bu ölkələrlə əlaqələrini kəsir

27 Dekabr 2016 16:37 (UTC+04:00)

Axar.az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə açıqlamasında İsrail Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Emmanuel Naxşon söyləyib.

O, Tel-Əvivin əleyhinə səs verən ölkələrin yüksək vəzifəli şəxslərinə İsrailə gəlmələri üçün izn verilməyəcəyini bildirib.

Qeyd edək ki, BMT TŞ-də İsrailin məskunlaşma siyasətinə qarşı qətnamə qəbul edilib. Qətnamənin lehinə TŞ-nin 14 üzvü səs verib. Tel-Əviv əleyhinə layihəni dəstəkləyənlər sırasında Təhlükəsizlik Şurasının daimi 5 üzvündən 4-ü olub. ABŞ isə bitərəf qalıb.

AzNews.az