Bayramla əlaqədar Bulvarda pulsuz olacaq - Attraksionlar

27 Dekabr 2016 16:54 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirib. Qurum rəsmisi qeyd edib ki, Bulvar İdarəsi həmin günü 15 yaşına kimi olan uşaqlar bütün attraksionları pulsuz edəcək:

"Aksiya dekabrın 30-da səhər saat 10:00-dan başlayıb 14:00-a kimi davam edəcək. Uşaqlar pulsuz olaraq attraksionlar, karusellər, qatarlara minib,gəmi ilə dəniz gəzintisinə çıxacaqlar. Saat 14:00-dan sonra bu attraksionlar pullu olacaq."

Bahar RÜSTƏMLİ

AzNews.az