Paytaxtın mərkəzində qorxulu anlar - Foto

27 Dekabr 2016 16:43 (UTC+04:00)

Hadisə şahidlərinin Qaynarinfo.Az-a verdiyi məlumata görə, avtomobil qəzası təxminən 14 radələrində Bakının İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsində baş verib.

"Nissan" markalı 10-AS-016 dövlət nişanlı avtomobil ani olaraq idarəetməni itirərək yolun kənarındakı işıqfora çırpılıb. Şahidlər bildirirlər ki, avtomobil işıqfora dəyməsə idi, qəza tələfatla nəticələnə bilərdi. Qəza nəticəsində biri kişi, biri qadın olmaqla iki nəfər yüngül xəsarət alıb. Hadisə yerinə dərhal yol polisi cəlb olunub.

AzNews.az