Bayram konserti təxirə salınıb - Rəsmi açıqlama

27 Dekabr 2016 17:06 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirib. İdarə rəsmisinin sözlərinə görə, bu günə kimi parkda keçirilən konsert layihələrinə Bakı Şəhər İcra Hakimiyyəti cavadehlik daşıyıb:

"Konsertin keçirilməməsinin səbəbini də onlar bilir."

Nazim Məcidov dekabrın 31-də Dənizkənarı Milli Parkda atəşfəşanlıq ancaq olacağını vurğulayıb:

"Artıq bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti bizə müraciət edib . Atəşfəşanlıq üçün qurğular gətirilib və onların yerləşdiriləcəyi ərazilər müəyyənləşdirilib."

Bahar RÜSTƏMLİ

AzNews.az