Gənclər bugünkü aksiyanı təxirə saldı

25 Yanvar 2013 09:32 (UTC+04:00)



Bununla bağlı "Facebook" sosial şəbəkəsində məlumat verilib. AzNews.az-ın məlumatına görə, bu gün "Silahları üstümüzdən çəkin" şüarı adı altında saat 14:00-da başlamalı olan aksiyanın tarixi dəyişdirilib. Belə ki, aksiya sabah saat 15:00-da baş tutacaq. Bu saata olan nəticəyə görə, 3000-ə yaxın şəxs aksiyada iştirak edəcəyini elan edib.

Gənclər aksiyanın siyasi xarakter daşımadığını və heç bir təşkilat tərəfindən təşkil olunmadığını bildiriblər. Gənclər Binə ticarət mərkəzində və İsmayıllıda baş verən olaylarda polisin rezin güllələrdən, gözyaşardıcı qazlardan istifadə etməsinə etiraz edəcəklərini bildirirlər.

İlkin
AzNews.az