Alim Qasımovun Rəhim Rəhimliylə eyni səhnəni paylaşması etiraz yaradıb

25 Yanvar 2013 10:12 (UTC+04:00)



Xalq artisti, muğam ifaçısı Alim Qasımovun Rəhim Rəhimli ilə eyni səhnəni paylaşmağı birmənalı qarşılanmayıb. A.Qasımovun mətbuat xidmətinin rəhbəri Səadət Möhübova AzNews.az-a açıqlamasında həmin çıxışın layihə deyil, sadəcə, telekanalların birində ifa olunan musiqi nömrəsi olduğunu bildirdi.

"Bu layihə deyil, sadəcə bir musiqi nömrəsidir. "Lider" televiziyasında "Lift" verilişinin ilk yayımı idi. Bu məqsədlə Alim Qasımova dəvət gəldi. Dedilər ki, "istəyirik, verlişin ilk aşılışında siz olasınız". Alim müəllim də bunu qəbul edib. Alim müəllimin adının özü bir reklamdır. Həmin verilişdə müğənni Elnurla Alim müəllim duet oxuyub. Biri mahnı, biri muğam, Rəhim Rəhimli isə pioninoda ifa edib. Layihə başqa şeydir".


Bahar Rüstəmli
AzNews.az