65 yaşlı kişi intihar etdi

28 Dekabr 2016 09:43 (UTC+04:00)

Bu barədə “Report”a Sabunçu Rayon Prokurorluğundan məlumat verilib.

Belə ki, Bakı şəhər sakini, 1951-ci il təvəllüdlü Ramana qəsəbə sakini Mirrəhim Mehdiyevin meyiti yaşadığı evin zirzəmisində elektrik naqilindən asılmış vəziyyətdə tapılıb.

Onun intihar etdiyi müəyyənləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. İntiharın səbəbləri araşdırılır.

AzNews.az