20 yaşlı qız dəm qazından boğularaq öldü

28 Dekabr 2016 10:12 (UTC+04:00)

Sabunçu rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Balaxanı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 20 yaşlı Pərvanə Ədalət qızı Xəlilova yaşadığı evdə dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az