Deputatın avtomobili partladıldı

28 Dekabr 2016 10:45 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Kabildə baş verən partlayış nəticəsində Əfqanıstan Milli Məclisinin üzvü Fakuri Behiştli yaralanıb, mühafizəçisi isə dünyasını dəyişib.

Deputatın avtomobilinə partlayıcı qurğu əvvəlcədən yerləşdilibmiş. Avtomobil məscidlərdən birinin yaxınlığında keçərkən qurğu işə salınıb.

Terror hadisəsinə görə, heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.