Şirkət rəhbərindən 35 min manatlıq - Dələduzluq - Bakıda

28 Dekabr 2016 18:38 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, bu barədə zərərçəkən 47 yaşlı Kəmalə Əliyeva hüquq-mühafizə orqanlarına yazılı şikayətində bildirib.

Belə ki, Elnur adlı şəxs özünü K.Əliyevaya "Əzizbəyov-KM" MMC-nin direktoru kimi təqdim edərək ondan 35 000 manat pul alıb. K.Əliyevanı arxayın edərək Telnov küçəsi 2347/48 ünvanında tikilməkdə olan binadan mənzilin birinin onun olacağını deyib və pulu götürüb. Sonradan məlum olub ki, həmin mənzil başqa bir şəxsə aiddir.

Faktla bağlı araşdırma aparılır.