Corc Mayklın ölümdən əvvəl - Son fotoları

29 Dekabr 2016 10:50 (UTC+04:00)

AzNews.az The Sun nəşrinə istinadən xəbər verir ki, fotolar sentyabrın 14-də müğənninin evinin yaxınlığında yerləşən restoranda çəkilib. Dostları ilə birlikdə şam yeməyi yeyən Mayklın yorğun siması pərəstişkarlarının gözündən yayınmayıb. Onlar narkotik aludəçiliyi olan müğənninin son zamanlar kökəldiyini və tanınmaz dərəcədə dəyişdiyini qeyd ediblər.

Corc Maykl dekabrın 26-da Oksfordşir qraflığında yerləşən evində vəfat edib. 53 yaşlı müğənninin ölüm səbəbi ürək çatışmazlığı olub.